Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 15:38

Əfqanıstan prezidenti Hamid Karzai Pakistana gedib

 Hamid Karzai və  Nawaz Sharif
Hamid Karzai və Nawaz Sharif
Əfqanıstan prezidenti Hamid Karzai Pakistana səfəri zamanı ölkə rəhbərliyini Talibanla sülh danışıqlarına kömək etməyə çağırıb.

O səfər zamanı baş nazir Nawaz Shariflə görüşüb. Görüşdə enerji məsələsi də daxil olmaqla ikitərəfli münasibətlər və regional problemlər müzakirə olunub, sonda birgə mətbuat konfransı keçiriblər.

Bu Nawaz Sharifin iyunda baş nazir seçilməsindən sonra Əfqanıstan prezidentinin bu ölkəyə ilk səfəridir.
This item is part of
XS
SM
MD
LG