Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 16:28

BMT Suriyaya kimyəvi silahdan istifadənin “çox ciddi cavabı” olacaq mesajı göndərir

BMT-nin Baş katibi Ban Ki-moon Suriya hökumətini bu ölkədə kimyəvi silahdan istifadə olunmasına dair xəbərləri araşdıran beynəlxalq ekspertlərlə əməkdaşlığa çağırıb.

Cənubi Koreyaya səfəri zamanı Baş katib qeyd edib ki, kimyəvi silahdan hər hansı formada istifadə olunması beynəlxalq qanunların pozulmasıdır: “İnsanlıq əleyhinə bu cür cinayət işləyənlər bunun çox ciddi nəticəsi ilə üzləşməlidirlər.”

BMY eyni zamanda bildirir ki, Suriyada son 2 il yarımda davam edən vətəndaş müharibəsi üzündən azı 2 milyon insan qaçqına çevrilib, onlardan 1 milyon nəfəri uşaqlardır.
XS
SM
MD
LG