Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:16

Azərbaycan rusları İlham Əliyevə dəstək verir


Azərbaycanın Rus İcması prezident İlham Əliyevin seçkilərdə namizədliyini dəstəkləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, «Azərbaycanda mövcud olan möhkəm millətlərarası həmrəyliyin dərin tarixi kökləri var. Belə həmrəylik misilsiz mənəvi zənginlik və mehribanlıq mühiti yaradır, vahid ailə hissi doğurur. Biz sevinc və kədərimizi birlikdə bölüşmüşük, dövlətimizin ərazi bütövlüyünü müdafiə edəndə çiyin-çiyinə durmuşuq və birlikdə dinc həyat qururuq...

Prezidenti seçkisi ərəfəsində biz prezident vəzifəsinə yeganə layiqli namizəd kimi İlham Əliyevin namizədliyini bütün rus xalqı adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar etməyə hazırıq».

Bəyanatı Azərbaycanın Rus İcması Respublika Şurası üzvlərinin, şəhər və rayon təşkilatlarının sədrlərinin imzaladığı bildirilir. /AzərTac/
XS
SM
MD
LG