Keçid linkləri

2025, 11 Dekabr, cümə axşamı, Bakı vaxtı 13:56

Pakistanda sbomba istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib


Pakistanın təhlükəsialik qüvvələri Kvetta şəhərinin cənub-qərbində  bomba hazırlanmasında istifadə olunan 100 tona yaxın kimyəvi material aşkar ediblər. Reyd zamanı 10 nəfər saxlanıb.

Təhlükəsialik rəsmiləri bu materialların  ilin əvvəllərində  şəhərdə partladılmış  2 bombanın tərkibi ilə eyni olduğunu deyirlər.Həmin  vaxt  200-ə yaxın adam ölüb.

Sərhəd polis qüvvələrinin  komandiri Maqbool Shah  həmçinin reyd zamanı partlayış  üçün  nəzərdə  tutulmuş  bir neçə maşının ələ keçirildiyini deyir.

Bəlucistanın paytaxtı olan Kvettada vaxtaşırı dini zəmində hücumlar törədilir.

Hələlik bunun arxasında hansı qrupun durduğu bəlli deyil. Amma ilin əvvəllərində Kvettada törədilən 2 partlayışı sünnilərin Laşkari-Cəngvi qrupu törədib.
XS
SM
MD
LG