Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:57

Azadlq Qəzetinin saytına haker hücumları davam edir


Azadlıq qəzeti
Azadlıq qəzeti
Avqustun 16-sı, axşam saatlarında “Azadlıq” qəzetinin saytına növbəti haker hücumu olub.Bu barədə Turan agentliyi redaksiyaya istinadla xəbər verir.

Redaksiya budəfəki hücumların daha böyük olduğunu deyir.
Bu dəfə hakerlər müxtəlif üsullardan istifadə edərək saytın yerləşdiyi şirkətin DNS serverlərini dağıtmağa çalışırlar. Həmin şirkət 600 müxtəlif serverdən şirkətin DNS serverlərinə hücumlar olduğunu deyir.

Xatırladaq ki, qəzetin saytına haker hücumu avqustun 14-dən başlayıb və getdikcə artır. Sayt bir neçə dəfə bloklanıb, lakin bərpa olunub.
XS
SM
MD
LG