Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

Misirdə ölənlərin sayı 500 nəfəri ötüb


Foto arxiv
Foto arxiv
Misirdə itkilərin sayı getdikcə artır.Səhiyyə nazirliyi dünən etiraz aksiyaları dağıdılarkən azı 500 nəfərin öldüyünü, 3500-dən çox adamın yaralandığını deyir.

Devrilmiş prezident Muhammad Morsinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatı isə ölənlərin bundan qat-qat artıq olduğunu deyir.

Misirdəki müvəqqəti hökumətin vitse-prezidenti Mohammad al Baradei dünən buna görə istefa verib.

Türkiyə bir daha BMT-nin təhlükəsizlik şurasını işə qarışmağa çağırıb.
Həmçinin ABŞ, Almaniya, Böyük Britaniya və Avropa Birliyi ölkədə qan tökülməsini dayandırmağa çağırıblar. Həmçinin İran xəbərdarlıq edib ki, ölkədə vətəndaş müharibəsi düşə bilər.

Amma daxili işlər naziri Muhammad İbrahim oturaq aksiyalara imkan verilməyəcəyini bəyan edib.

İslamçı prezident Mohammad Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb. Hərbçilər onu səlahiyyətlərini aşmaqda günahlandırır.
XS
SM
MD
LG