Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:17

Akunin və Sorokin nəşriyyatın müdafiəsinə qalxdılar


 Boris Akunin
Boris Akunin
-

Rusiyada uşaqlara dünya ölkələrinin bayraqlarından danışan kitab qalmaqal yaradıb.

Silvi Bednarın «Флаги мира для детей» kitabını «КомпасГид» nəşriyyatı çap edib. Orada Litva bayrağındakı qırmızı rəng belə anladılır:

“Bu, qan rəngidir – Litva xalqının rus və alman işğalçıları ilə mübarizədə axıdılan qanının rəngi”

Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan deputatı Aleksandr Xinşteyn kitabı “rusofob”, onu nəşr edənlərisə “faşist” adlandırıb.

O, Twitter-də yazıb: “Belə kitabları buraxanların əlini-ayağını qoparardım”.

Rusiyanın tanınmış yazarları, o cümlədən yazıçılar Boris Akunin, Vladimir Sorokin, Lüdmila Ulitskaya, jurnalist Leonid Parfyonov isə «КомпасГид» nəşriyyatının müdafiəsinə qalxaraq mətbuatda açıq məktub çap etdiriblər.

Məktubda deyilir ki, Rusiyada kitab nəşri sahəsində qorxu və qeyri-müəyyənlik mühiti yaradılır, kitab mağazaları və yayımçıları ayrı-ayrı çinovniklərin bəyanatlarına reaksiya verməyə məcbur olurlar.

Məktubda digər nəşriyyatlara müraciət edilir ki, «КомпасГид»dəki həmkarlarına dəstək olsunlar.

Çünki bu, onların da başına gələ bilər.

Xinşteyn isə sosial şəbəkədəki postunda onu da söz verib ki, “rusofob” kitabın satışdan çıxarılması üçün prokurorluğa müraciət edəcək.

Ertəsi gün «Москва», Ozon.ru və Labirint.ru kitab dükanları kitabın satışından imtina ediblər.

Prokurorluqdansa «Лента.ру»ya deyiblər ki, onlar deputat Xinşteyndən qabaq sözügedən kitabla bağlı araşdırmaya başlayıblar. Orada “Uşaqların zərərli informasiyadan qorunması haqda” qanunun pozulub-polulmamasını aydınlaşdırırlar. Yoxlamanın nəticələri yaxın 1 ayda bilinəcək.

«Флаги мира для детей» kitabı 3 min tirajla çap edilib və bütün yaş dövrlərinə aid uşaqlar üçündür.
XS
SM
MD
LG