Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

Akunin detektiv əsərlər yazmaqdan imtina etdi


Boris Akunin
Boris Akunin
-

Rusiyanın ən populyar yazarlarından olan Boris Akunin (Qriqori Çxartişvili) detektiv əsərlər yazmaqdan imtina edir. Bu barədə o, "Live journal"dakı bloqunda məlumat yayıb.

"Oxu zalı"nın məlumatına görə, Akunin bundan sonra Rusiya tarixini yenidən yazmaqla məşğul olacaq.

"Yeni Karamzin" olmaq istədiyini açıqlayan yazıçı qeyd edir ki, ən populyar "qəhrəmanı Erast Fandorin haqda silsiləni tamamlamağına tamamlayacaq, amma bundan sonra özünü 10 cildlik Rusiya tarixi yazmağa həsr edəcək.

Artıq birinci cild hazırdır. Orada Rusiya tarixinin monqol istilasına qədər olan hissəsi əks olunur.

Yazıçı bildirir ki, indiyəcən Rusiya tarixi elə formada yazılıb ki, yalnız tarixçilər üçün maraq kəsb edib. Rusiya vətəndaşlarınin böyük hissəsi buna görə öz tarixini əməlli-başlı bilmir.

Üstəlik də tarixi elə adamlar yazıb ki, məqsədləri onu ideologiya pərdəsinə bürümək olub, yəni ki "dədə-babalarımızın necə müdrik olduğunu göstərmək üçün".

Akunin isə tarixi faktları təhrif etməmək şərtilə ideologiyadan uzaq, neytral, amma eyni zamanda əyləncəli üslubda tarix kitabları yazacaq.

Vaxilə yazıçı, tarixçi Nikolay Karamzinin (1766-1826) etdiyi kimi. (Sentimental "Zavallı Liza" əsərinin və 12 cildlik "Rusiya dövlətini tarixi"nin müəllifi)

Akuninə görə, onun tarix kitabı bu gün Rusiyada baş verənləri də anlamağa imkan verəcək.

Amma yazıçı bədii yaradıcılıqdan tam imtina etmir.

O, yazdığı hər tarix kitabına paralel olaraq həmin tarixi dövrə aid bədii əsər də ortaya qoyacaq.

Ümumilikdə bu bədii əsərlər bir nəslin yüzilliklər boyu tarixini anladacaq.

Yazıçı bildirir ki, belə kitab tandemi 2013-cü ilin sonundan tez çap edilməyəcək.

Akunin indiki Rusiya rəhbərliyinə müxalif mövqedə dayanır və müxalifətin kütləvi aksiyalarında iştirak edir.
XS
SM
MD
LG