Sentyabrın 4-6-da dünyanın nüfuzlu qurumları sayılan İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə «Ali Səviyyədə Görüş» keçiriləcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, görüşün keçirilməsində məqsəd «Birgə Cəmiyyətlər Forumu 2014»ə hazırlıq, 2015-ci il Minillik İnkişaf Proqramı, Dini azlıqlar, Qadınların cəmiyyətdə aktivliyinin artırılması, Qlobal İnkişafın yeni Paradigması, Mədəniyyətlərarası və Dinlərarası Dialoq kimi mühüm problemlərin müzakirə olunmasıdır.
Ali Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin toplantısı keçirilməsi planlaşdırılır.