Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Rüstəm İbrahimbəyov: «Milyarderlər klubu» məni müdafiə edə bilməz


Mətbuat icmalı
Mətbuat icmalı
-

«Milyarderlər klubu» məni müdafiə edə bilməz. Bu klubda olanlar prezident İlham Əliyevin yaxın dairəsində olan adamlardır».

Bunu Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov «Gergian Times»a müsahibəsində deyib:

«Bu kluba daxil olanlar Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilov - onlar hamısı prezident Əliyevin dostları və qohumlarıdır».

«RÜSTƏM MÜƏLLİM NƏ SEÇKİDƏ İŞTİRAK ETMƏK İSTƏYİR, NƏ DƏ...»

«Rusiya Rüstəm İbrahimbəyova arayış verməyəcək». Bunu «Bizim yol»a müsahibəsində hüquqşünas Adil İsmayılov deyib. Hüquqşünas Milli Şuranın vahid namizədinin Rusiya vətəndaşlığından imtinasının gecikməsini belə dəyərləndirib.

«Durum ona bənzəyir ki, harasa getmək istəyirsən, amma yolda biletin olmadığı yadına düşür». Adil İsmayılov Rüstəm İbrahimbəyovun mətbuata açıqlamalarını şərh edib:

«Rüstəm müəllimin müsahibələri deməyə əsas verir ki, o, nə seçkidə iştirak etmək istəyir, nə də Azərbaycana qayıtmaq».

MÜSAVAT RÜSTƏM İBRAHİMBƏYOVU GÖZLƏYİR

«Yeni Müsavat» qəzeti yazır ki, «Müsavat» öz namizədinin seçki sənədlərini hazırlayır».

Bu barədə qəzetə partiyanın başqan müavini Gülağa Aslanlı deyib:

«Amma yenə Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını gözləyirik. Olacağına da inandığımıza görə hələ ki sənədləri MSK-ya təqdim etmək fikrində deyilik».

DAXİLİ ZİDDİYYƏTLƏRİN KULMİNASİYASI

«Yeni Azərbaycan» radikal düşərgədə daxili ziddiyyətlərin son həddə çatdığını yazır.

Qəzetə görə, «radikal müxalifət düşərgəsində illərdir ki, davam edən və görünür heç vaxt səngiməyəcək antaqonist ziddiyyətlər onların yeni «birlik» formatı kimi təqdim etdikləri «Milli şura»da daha qabarıq şəkildə özünü göstərir».

Qəzet AXCP sədri Əli Kərimlinin Facebook sosial şəbəkəsindəki yazışmasını bu gərginliyin kulminasiya nöqtəsi hesab edir. Qəzetin yazdığına görə, Əli Kərimli facebook şəbəkəsində yazıb ki, ilk gündən Milli Şuranı vuranlar, müxtəlif arqumentlərlə onu gözdən salmaq istəyirlər....Səhvmi edib ən müxtəlif qüvvələri Milli Şurada birləşdirdik, səhvmi edib Azərbaycanın bütün dünyada ən çox tanınmış ziyalısını prezidentliyə «vahid namizəd» irəli sürdük».

NAZİRLƏRİN FƏRQLİ İSTİQAMƏTLƏRƏ SƏFƏRLƏRİ

«Azadlıq» qəzeti müdafiə naziri Səfər Əbiyevin Amerikaya, Müdafiə sənayesi naziri Yavər Camalovun Rusiya səfərini şərh edib. Qəzetə görə, Yavər Camalovun Rusiya ilə hərbi-texniki əməkdaşlığı gücləndirməsi, Azərbaycan ordusu üçün Rusiyada kadr hazırlığı ABŞ-ı narahat edir:

«Yaxın 5 ildə Rusiya Azərbaycana hərbi-texniki satışları gücləndirmək, eyni zamanda ölkənin müdafiə sənayesi sahəsində iştiraka başlamaq niyyətindədir. Bu kimi məlumatların fonunda ABŞ-ın hərbi-siyasi rəhbərliyinin narahatlığı hiss olunur. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında inteqrasiya istiqaməti kimi Qərb, Avroatlantik məkan göstərilir».

Qəzet Səfər Əbiyevin amerikalı həmkarı arasında müzakirə olunan məsələlərdən birinin də məhz bu olduğunu yazır.

«Əgər Azərbaycan ordusu NATO standartlarına uyğunlaşırsa, Rusiya ilə deyil, NATO-ya üzv ölkələrlə əməkdaşlığı gücləndirməlidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG