Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:35

Saytlara haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saytlara haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

APA-nın Mərkəzin saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda bildirilir ki, dünyada milyonlarla saytın qorunması üçün istifadə olunan HTTPS kriptoqrafik sxemi yeni növ hücum qarşısındadır, hansı ki, hakerlərə şifrələnmiş səhifələrdən istifadəçilərə məxsus elektron poçt ünvanları və bank ödəmə rekvizitləri əldə etmək imkanı verir. Bu sıra hücumun reallaşmasına 30 saniyə sərf olunur.

Hər hansı istənilən alqoritm və şifrə istifadə olunmasına baxmayaraq yaranmış hücum TLS və SSL-in bütün versiyalarında aktivdir.

Yeni növ hücum tələb edir ki, hücum edənin istifadəçi və veb sayt arasındakı trafikinə passiv müdaxilə olsun. Bundan başqa hücum edən istifadəçiyə zərərverici linkə daxil olmağı məcbur edir. Məsələn bunu iframe vasitəsilə etmək mümkündür.
XS
SM
MD
LG