Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:22

Ermənistan və Rusiyanın yolları ayrılır?


Ermənistan prezidenti Serzh Sarkisian (solda) və Rusiya prezidenti Vladimir Putin
Ermənistan prezidenti Serzh Sarkisian (solda) və Rusiya prezidenti Vladimir Putin
-

Bir həftə əvvəl Ermənistanda gənc fəallar ictimai nəqliyyatda gediş haqqının artırılmasına etiraz olaraq aksiyalar keçirdilər.

Bundan qabaq isə daha böyük etiraz aksiyaları olmuşdu. Səbəb Rusiyanın Ermənistana verdiyi təbii qazın qiymətinin kəskin artması idi.

Ölkədə gərginlik elə bir həddə çatmışdı ki, hətta hakim partiyanın rəhbərlərindən olan Razmik Zurabyan Ermənistanın ən sadiq müttəfiqi sayılan Rusiya haqda gözlənilməz ifadələr işlətmişdi, AzadlıqRadiosunun erməni xidmətinə demişdi ki, aksiyaçılardan Ermənistanda sabitliyi pozmaq üçün istifadə edilir:

“Ermənistan superdövlət deyil və superdövlət asanlıqla burada aranı qarışdıra bilər. Bu sözlər yalnız Rusiya haqda deyilmir. Sivilizasiyalar arasında rəqabət gedir ki, Ermənistan Rusiya ilə inteqrasiya etməlidir, yoxsa Avropa Birliyi ilə. Beləcə nəhənglərin döyüşünün burada əks-sədası eşidilir”.

Yerevan yaxın aylarda Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamalıdır və bu ərəfədə Rusiyanın bəzi addımları Ermənistanda etirazla qarşılanır.
Yerevanda nəqliyyatda gediş haqqının artırılmasına etirazlar, 28 iyul, 2013
Yerevanda nəqliyyatda gediş haqqının artırılmasına etirazlar, 28 iyul, 2013

Sovet İttifaqı dağılandan sonra Ermənistan həm iqtisadi, həm də təhlükəsizlik baxımından Rusiyaya güvənirdi.

Amma indi Ermənistan Avropa Birliyi ilə həm azad ticarət haqda saziş, həm də Şərq Tərəfdaşlıq proqramı çərçivəsində müqavilə imzalamaq niyyətindədir.

Bu, noyabrda Vilnüsdə baş verməlidir

Eyni sazişləri Moldova və Ukrayna da Avropa Birliyi ilə bağlamağa hazırlaşır.

Bu arada Kremlin hər üç dövlətə təzyiqləri nəzərə çarpır.

Rusiya bu dövlətlərin onun rəhbərliyi ilə fəaliyyət göstərən Gömrük ittifaqında təmsil olunmasını, başqa birliklərə üz tutmamasını istəyir.

Üzdə Ermənistanla Rusiya arasında əlaqələr problemsiz görünür. Bir neçə gün əvvəl iki dövlət Yerevanda kiçik azad ticarət zonası yaratdılar – Rusiyaya məxsus elektronika zavodunda.

Açılışda Ermənistanın baş naziri Tiqran Sarkisyan iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini dedi.

Amma təbii qazın qiymətinin artırılması ilə yanaşı Rusiya Ermənistanda mənfi qarşılanan bir qərar da verdi - Azərbaycana 1 milyard dollarlıq silah satdı.
Yerevanda rus səfirliyi qarşısında etiraz - Harutyunyanın "alçaldılmasına qarşı", 16 iyun, 2013
Yerevanda rus səfirliyi qarşısında etiraz - Harutyunyanın "alçaldılmasına qarşı", 16 iyun, 2013

Bundan başqa, erməniləri Moskvada 18 nəfərin ölümünə səbəb olan yol qəzası törətmiş Ermənistan vətəndaşı Harutunyanın məhkəməsində baş verənlər qəzəbləndirdi.

O, məhkəməyə qadın xalatında çıxarılmışdı

Məhkəmə prosesindən reportaj verən Rusiyanın dövlət televiziyasında isə onun milli mənsubiyyətinə rişxənd edilmişdi.

Yerevanda məhkəməyə etiraz olaraq rus səfirliyi önündə aksiya da keçirilmişdi.

Aksiyaçılardan biri Avetik Işxanyan:

“Çeçen müharibəsi vaxtı Rusiyada anti-çeçen isteriyası vardı, amma hətta Rusiyanın ən qatı düşməni olan Raduyev və başaqalarına da belə iyrənc münasibət sərgilənməmişdi. Harutunyanın prosesə qadın paltarında gətirilməsi siyasi məqsəd daşıyırdı, məncə bu, polisin verdiyi qərar deyildi”.

Amma bundan sonra həm Rusiya, həm də erməni rəsmiləri məhkəmə ilə bağlı məsələnin böyüməməsi üçün sakitləşdirici bəyanatlar verdilər.

Ermənistanda isə deyəsən, ictimai rəydə müəyyən dəyişiklik baş verir, artıq bəziləri öz ənənəvi müttəfiqlərinə şübhə ilə yanaşmağa başlayıblar.

Jurnalist Emma Gabrielyan deyir ki, indiyəcən Rusiya haqda “Ermənistanın müstəqilliyi və təhlükəsizliyinin qarantıdır” ifadələri işlənib. Bir il əvvələcən kimsə təsəvvür etməzdi ki, Yerevanda rus səfirliyi qarşısında aksiya keçirilə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG