Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:59

Nicat Dağların səhhətində yaxşılaşma müşahidə olunur


Müalicə üçün Almaniyaya aparılan jurnalist Nicat Dağların səhhətində yaxşılaşma müşahidə olunmaqdadır. Bunu AzadlıqRadiosuna onun yanında qalan qaynı Məqsəd Rəhimov deyib:

«Artıq ilkin müayinə keçirilib, cavabı gözləyirik. Həkimlər Gürcüstanda Nicata qoyulan diaqnozun doğru olduğunu dedilər və orda yazılan dərmanlardan əlavə iki dərman da yazılıb. Almaniyaya gələndən sonra Nicatın səhhəti inanılmaz dərəcədə yaxşılaşıb, səhhətində xeyli irəliləyiş var. Əhvalı yaxşıdır. Azərbaycanda olanda xeyli zəifləmişdi. İndi çəkisində artım müşahidə olunmaqdadır. Orda olanda halı çox pis idi. Bir-iki addım atan kimi təngnəfəs olurdu, tez gedib uzanırdı. İndi həkimlərin məsləhəti ilə səhər-axşam təmiz havada gəzir. Gündə bir dəfə su vannası qəbul edir».

Leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Nicat Dağların səhhətində iyulun əvvəllərində problemlər yaranıb. Bir neçə dəfə burnundan qan açılan jurnalist ilkin müalicə üçün Gürcüstana aparılıb.

Jurnalistlərin və QHT nümayəndələrinin prezidentə müraciətindən sonra onun müalicə xərclərini dövlət öz üzərinə götürüb. Müalicəsinin davam etdirilməsi üçün o, iyulun 26-da Almaniyaya yola salınıb.
XS
SM
MD
LG