Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:48

Kənd təsərrüfatı naziri İsmət Abasov Tovuzda səfərdədir


-
O, səfər çərçivəsində Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarının sakinləri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytı yazır ki, nazir görüşdən əvvəl bir neçə fermer təsərrüfatına baş çəkib. Yeni salınmış üzüm bağlarında becərmə texnologiyaları ilə tanış olub.

İ.Abasov bildirib ki, son illər üzümçülüyə maraq artıb, 2012-ci ildə 543.3 hektar sahədə yeni üzüm bağları salınıb.

Görüş iştirakçıları kənd təsərrüfatı məhsullarının istehsalında qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərini nazirin diqqətinə çatdırıblar.

Görüşdə bölgə rayonlarından olan 55 vətəndaşın müraciətlərinə baxılıb.
XS
SM
MD
LG