Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:59

Azərbaycan Jurnalistlər Şurasının üzvlüyündən rədd oluram


Aydın Xan oğulları ilə
Aydın Xan oğulları ilə
-

"Ədəbiyyat” qəzetinin şöbə müdiri, yazıçı Aydın Xan Əbilov Milli Mətbuat Günü ilə bağlı jurnalistlərə verilən mənzillər arasında adının olmadığı üçün bəyanatla çıxış edib.

A.Əbilov bundan öncədə bəyanatla çıxış edərək bildirmişdi ki, əgər jurnalistlər üçün tikilən binada ev almayacaqsa ölkəni tərk etməli olacaq.

Kulturoloq bəyanatında yazıb:

Cənab Prezident həmişəki kimi xalqın qeydinə qaldı, fəqət məmurlar öz bildiyini elədi...

1) Mənə ev verən məmurun, əlbəttə, ağlı olmamalıydı...

2) İyulun 22-dən sonra mühacirətə gedəcəyimi demişdim, sözümün üstündə dururam, sadəcə, banka olan kreditimi bağlamasam məni ölkədən buraxan deyillər...

3) Ölkədəki onlarla ictimai təşkilat və qurumların ictimai əsaslarla rəhbərlik və üzvü idim, onların mətbuatla bağlılarıyla bütün münasibətlərimi kəsirəm.

4) Azərbaycan Jurnalistlər Şurasının üzvlüyündən rədd oluram.

5) Azərbaycan Həmkarlar İttifaqının üzvlük və təsisçiliyindən imtina edirəm.

6) Azərbaycan Jurnalistlər Birliyini qəbul etmirəm.

7) Qafqaz və Orta Asiya söz azadlığı şəbəkəsi Məclis üzvlüyündən çıxıram.

P.S.. Və əgər siz özünə müxalifət mediası deyən qəzetlərin müxalifliyinə inanırsızsa, onların səhifələrində hansı iriranqlı məmurun tənqid edilmədiyinə diqqət edin, bilərsiz onları kim və necə maliyyələşdirir”.

kult.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG