Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Obama və Putin arasında telefon danışığı olub


-
ABŞ prezidenti Barack Obama və Rusiya prezidenti Vladimir Putin telefonla Amerikanın keçmiş kəşfiyyatçısı Edward Snowden barədə danışıblar.

Telefon söhbətinin detalları açıqlanmır.

Edward Snowden Rusiyadan sığınacaq istədiyini bəyan edib. O, Moskvanın «Şeremetyevo» aeroportunda hüquq müdafiəçiləri ilə görüşüb.

Keçmiş kəşfiyyatçı iyunun 23-də Honq-Konqdan Rusiyaya gəlib və o vaxtdan hava limanının tranzit ərazisindədir.

Snowden ABŞ kəşfiyyatının insanların internet və telefon məlumatlarını əldə etdiyini açıqlayıb.
XS
SM
MD
LG