Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 16:46

Bu il Azərbaycanda 876 əkiz, 15 üçəm doğulub

-
Cari ilin birinci yarısında ölkədə 83.1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum səviyyəsi 18.1 olub.

Dövlət Statistika Komitəsindən apa-ya verilən xəbərə görə, doğulanların 53.6 faizi oğlanlar, 46.4 faizi qızlardır.

Körpələrin 876-sı əkiz, 15-i isə üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların ömürboyu hər birinə orta hesabla 2.3 uşaq düşür. Bu da əhalinin təkrar istehsalını təmin edir.
This item is part of
XS
SM
MD
LG