Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:41

MSK


.


MSK üzvü mənsub olduğu partiyanı da dərhal tərk etməlidirlər. Yəni, komissiya üzvü siyasi partiyadan təmsil oluna bilməz. Bununla belə, onlar namizədliklərini irəli sürmüş qrupun maraqlarını təmsil edirlər.

Odur ki, MSK üzvü olan şəxslər formal olaraq öz partiyalarından çıxırlar. Reallıqda isə onların siyasi mənsubiyyətləri qalır.

Başqa bir reallıq odur ki, həm parlamentdə, həm də MSK-da “bitərəflər” kimi təqdim olunan şəxslərin həqiqətən də bitərəf olmalarına faktiki olaraq heç kim inanmır. Onlar çıxışlarında hakim siyasi kursu YAP üzvü olanlar qədər ardıcıllıq və inadkarlıqla müdafiə edirlər.

Bununla da hakimiyyət MSK-da avtomatik olaraq 18 səsdən 12-i əldə edir.

Bundan savayı, Milli Məclisdə azlıqda olan partiyaların, eləcə də onların MSK-ya göndərdikləri namizədlərin hakimiyyətin siyasi kursunu müdafiə edən çıxışları artıq heç kimi təəccübləndirmir.

Nəticədə də MSK-da hakim YAP-ın maraqlarına uyğun qərarlar bir qayda olaraq böyük səs çoxluğu ilə qəbul edilir. Hakim partiya 18 MSK üzvündən bir qayda olaraq 15-16-nın səsini rahatlıqla təmin edir.

Müxalifət və müstəqil dairələrdən MSK-nın tərkibinin bərabər əsaslarla təşkil edilməsi tələbləri tez-tez gündəliyə gətirilsə də hakimiyyət qətiyyətlə bundan imtina edir.

Beləliklə, bu ilin oktyabrında prezident, 2014-cü ildə bələdiyyə və 2015-ci ildə parlament seçkilərini təşkil edəcək heyətlə, MSK üzvlərini tanıdaq.
XS
SM
MD
LG