Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

Jurnalistlər həbsxanada Əvəz Zeynallı ilə görüşmək istəyir


Əvəz Zeynallı
Əvəz Zeynallı
Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarını müdafiə edən ictimai komitənin üzvləri bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində toplantı keçirib. Tədbirdə Əvəz Zeynallının həbsinin azad mətbuatın susdurulması yönündə atılan addım olduğu bildirilib.

İyulun 22-i, Azərbaycan Jurnalistika Günündə Əvəz Zeynallı və digər məhbus jurnalistlərin azad edilməsi tələbi ilə piket keçirmək təklif edilib.

Vəkil Elçin Sadıqov isə deyib ki, Əvəz Zeynallı barəsində həbs-qətimkan tədbirinin dəfələrlə uzadılması, onun həbsinin ev dustaqlığı və ya girovla əvəz olunması ilə bağlı vəsatətlərin təmin edilməməsi barədə məlumatlar Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

Tədbirin sonunda Azərbaycan Jurnalistika Günü ərəfəsində Əvəz Zeynallı ilə görüş üçün Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət qəbul edilib.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O külli miqdarda rüşvət alma və vergidən yayınmada təqsirli bilinib.
XS
SM
MD
LG