Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:44

TQDK bu il qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb. Bu barədə TQDK-nın rəsmi saytı məlumat yayıb.

Qəbul imtahanları aşağıda cədvəldə göstərilən bölgələrdə yaradılan imtahan mərkəzələrində keçiriləcək:

Bölgələr üzrə imtahan mərkəzləri İmtahan mərkəzlərinə aid olan şəhər və rayonlar
Bakı Bakı, Abşeron, Şamaxı, Qobustan, Neftçala, Salyan və Biləsuvar
Sumqayıt Sumqayıt, Xızı, Şabran və Siyəzən
Gəncə Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan və Goranboy
Şəki Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki
Lənkəran Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı və Cəlilabad
Quba Quba, Qusar və Xaçmaz
Ağcabədi Ağcabədi, Xocavənd, Ağdam, Zərdab, Füzuli və Beyləqan
Şirvan Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və İmişli
Göyçay Göyçay, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu
Naxçıvan Naxçıvan, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Kəngərli və Ordubad
Mingəçevir Mingəçevir, Tərtər, Yevlax və Bərdə


Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcək. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcək.

İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu – 14 iyul, I ixtisas qrupu – 21 iyul, IV ixtisas qrupu – 28 iyul, II ixtisas qrupu – 3 avqust tarixində keçiriləcək.

XS
SM
MD
LG