Misirin baş naziri Hazem el Beblavi yeni hökumət yaradır. O bu gün liberal partiyaların nümayəndələri ilə görüşür.
Beblavi həmçinin devrilmiş prezident Mohammad Morsinin təmsil olunduğu Müsəlman qardaşları hərəkatına bir neçə vəzifə təklif etmək fikrindədir. Amma islamçılar yeni hökumətə daxil olmayacaqlarını bəyan ediblər.
Ötəri prezident Adly Mansour dünən Beblavini baş nazir, Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş direktoru Mohammad al Baradeini isə vitse-prezident vızifəsinə təyin edib.
Misir ordusu ötən həftə islamçı prezident Mohammad Morsini devirib. Gələn ilin fevralında ölkədə yeni parlament , ondan sonra isə prezident seçkisi keçirilməlidir.