Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 05:45

Müsəlman qardaşları hərəkatı müvəqqəti prezidentin planını rədd edib

Foto arxiv
Foto arxiv
Müsəlman qardaşları hərəkatı Misirdə yeni seçkilər keçirilıməsi ilə bağlı müvəqqəti prezident Adli Mansourun fərmanını rədd edib. Hərəkatın siyasi qanadı olan Azadlıq və Ədalət partiyasının sədr müavini Essam əl Erian bu planın ölkəni geriyə döndərəcəyini bəyan edib.

Yeni fərmana əsasən 15 gün ərzində ölkədə Konstitusiya Şurası çağırılmalı və konstitusiyaya düzəlişlər hazırlamalıdır. Bu dəyişikliklər 4 ay ərzində referendumla təsdiqləndikdən sonra isə fevralda ölkədə parlament , bundan sonra isə prezident seçkisi keçirilməlidir.

Misir ordusu ötən həftə islamçı prezident Mohamed Morsini devirib. Bundan sonra ölkədə baş verən toqquşmalarda onlarla adam ölüb.
ABŞ Misir ordusunu maksimum səbirli olmağa çağırıb.

Müsəlma qardaşları hərəkatı isə tərəfdarlarını nümayişə çağırıb.
This item is part of
XS
SM
MD
LG