Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:53

Natiq Güləhmədoğlu azad edilib (yenilənib)


Azerbaijan -- Journalist Natig Adilov - Baku, 20Sep2011
Azerbaijan -- Journalist Natig Adilov - Baku, 20Sep2011


"Azadlıq" qəzetinin və "Azərbaycan saatı" proqramının əməkdaşı Natiq Güləhmədoğlu iyulun 8-də Sumqayıtda saxlanıb. "Azadlıq" qəzetinin yazdığına görə jurnalist Sumqayıta "Azərbaycan saatı" üçün çəkiliş aparmaq məqsədilə gedib. Lakin yol polisləri onu saxlayıblar.

N.Güləhmədoğlu bu məlumatı iş yerinə sms-lə çatdırıb.

Təxminən bir saatdan sonra DYP-nin sərbəst buraxılan Natiq Güləhmədoğlu “Azadlıq” qəzetinə başına gələnlər haqqında bunları deyib:

- Sumqaytdan reportaj hazırlayarkən təsadüfü bir hadisənin şahidi oldum. Yol polisi saxladığı avtomobilin sürücüsü ilə mübahisə edirdi. Mən bu kadrları uzaqdan planşetimlə çəkdiyim an başqa bir polis serjantı üstümə hücüm çəkdi və təhqiramiz formada mənə qışqırmağa başladı.

Mən ona özümü təqdim etdim, tələb etdim ki o da özünü səlahiyyətinə uyun aparsın və ən başlıcası özünü təqdim etsin. Bundan sonra onlar mənim qolumu buraraq DYP maşınına (3327 nömərli) mindirib ərazidən uzaqlaşdırdılar. Yol boyu onlara başa salmağa çalışdım ki etdikləri 3 qat qanunsuzluqdur, yol polisinin adamı tutmaq hüququ yoxdur, bundan başqa mənim peşə fəaliyyətimə müdaxilə olunur.

Mənə cuman polis xüsusi ilə aqressiyası ilə seçilirdi, mən hər dəfə ona qanunları xatırladanda da o da ikiqat dünya çempionu olduğunu mənə deyirdi. Uzun mübahisələrdən sonra mən onlardan yaxa qurtara bildim. Xudafizləşəndə də onlar yenə məni “günahkar” çıxardılar.

Hələlik bu hadisə ilə bağlı yol polisindən ətraflı bir məlumat almaq mümkün olmayıb. Yeni məlumatlar gəldikcə xəbər yenilənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG