Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:14

İvanishvili həbsxanada işgəncə ilə bağlı cinayət işinə yenidən baxılmasını istəyir



Gürcüstanın Baş naziri Bidzina İvanishvili ölkənin Baş prokurorunu həbsxanada məhbuslara işgəncə verilməsində ittiham olunan şəxslərdən birinin azad olunmasına dair qərarına yenidən baxmağa çağırır.

İyulun 8-də yaydığı bəyanatında Baş nazir qeyd edir ki, Vladimer Bedukadze istintaqla əməkdaşlıq etsə də onun azadlığa buraxılması qərarı törədilən cinayətin xarakterinə uyğun deyil.

Gürcüstanda həbsxanada məhbuslara işgəncə verilməsinə dair videonu Bedukadze keçən il parlament seçkisi ərəfəsində yaymışdı. Bundan sonra Gürcüstanın bir neçə yüksək rütbəli rəsmisi istefa vermiş, hökumət İnterpolun köməyi ilə onu beynəlxalq axtarışa vermişdi.

Vladimer Bedukadze bu ilin yanvarında Avropadan ölkəsinə dönərkən, Tbilisi hava limanında saxlanıb.

Gürcüstanın Baş Prokuroru iyunun ortasında “hadisənin üstününün açılmasında xidmətlər”ni nəzərə almaqla onun azad olunması barədə qərar çıxarıb.
XS
SM
MD
LG