Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:11

Əli Həsənov AzadlıqRadiosunun yayımına müdaxilələri təkzib edir


Əli Həsənov
Əli Həsənov
-
«Azərbaycan hakimiyyəti televiziya və radioların fəaliyyətinə mane olmur, onların yayımlandığı dalğalara müdaxilə etmir, dalğaları vurmur». Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də «Media forum» saytına açıqlamasında belə deyib.

Əli Həsənov vurğulayıb ki, Azərbaycan hakimiyyəti AzadlıqRadiosunun televiziya variantının yayımına müdaxilə etməyib və radio, həmçinin onun televiziya proqramı fasiləsiz olaraq yayımlanır:

«AzadlıqRadiosu istədiyi dalğada gecə-gündüz informasiya yayır. Baxmayaraq ki, bu informasiyaların əksəriyyəti səhv, əsassız, obyektivlikdən və radionun missiyasından uzaqdır, Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna, onun qanun çərçivəsində olan fəaliyyətinə mane olmağı planlaşdırmır. İndiyədək belə bir fikirdə olmamışıq və bundan sonra da olmayacağıq. Ona görə də AzadlıqRadiosunun dalğalarının vurulması haqda deyilənləri təkzib edirik».

Arxiv foto
Arxiv foto
Azadlıq və Azad Avropa Radioları Korporasiyasının sənədləşdirilmiş dəlillərinə əsasən radionun Azərbaycana peyk yayımlarına müdaxilələr baş verir. Belə bir müdaxilə beynəlxalq telekommunikasiya qaydalarına ziddir və radionun yaylmlarının pozulması tarixinin yeni mərhələsi hesab oluna bilər.

Son vaxtlar AzadlıqRadiosu-nun «Fəqrli xəbərlər» həftəlik televiziya proqramının yayımı görüntülərin dağılması, donub qalması və səsin pozulması ilə müşahidə olunur. Türkiyənin populyar TürkSat peykindəki MedyaTV telekanalında yayımlanan «Fəqrli xəbərlər» efirə gedəndən 4-5 dəqiqəsonra başlayan müdaxilələr veriliş başa çatandan dərhal sonra dayandırılır.

Sonuncu dəfə «Fərqli xəbərlər»in 6 iyul yayımına da müdaxilə qeydə alınıb.

ABŞ-ın Bakıdakı səfirliyi AzadlıqRadiosunun peyk yayımına müdaxilələri Azərbaycan hökuməti ilə müzakirə etdiyini bildirib.

AzadlıqRadiosunun «Fərqli xəbərlər» həftəlik televiziya proqramı 2012-ci ilin noyabrından hər bazar günü MedyaTV kanalında yayımlanırdı. Hazırda bu proqram TürkSat peykində Sivas SRT telekanalında yayımını davam etdirir.

Proqram AzadlıqRadiosu əməkdaşlarının Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatı haqda reportajlarından ibarətdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG