Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Avropa Məhkəməsi azərbaycanlı məhbusun şikayətini qismən təmin etdi


-

Avropa İnsan Haqları Məhkəməsi ömürlük məhbus Şakir Hacımurad oğlu Rzaxanovun Azərbaycan hökumətindən şikayətini qismən təmin edib.

Rzaxanov ömürlük məhbusdur və Qobustan həbsxanasında saxlanır.

O, həbsxanada saxlanma şəraitindən şikayətlənərək nəzarətçilər tərəfindən döyüldüyünü iddia edirdi.

Məhkəmə onun şikayətini qismən təmin edrək mənəvi ziyana görə hökumətin ona 7 500 avro kompensiasiya ödəməsi haqda qərar çıxarıb. Bundan başqa ona 2 min avro məbləğində məhkəmə məsrəfləri də ödənəcək.

1961-ci il təvəllüdlü Rzaxanov 1997-ci ildə qətl və yanğın törətməkdə iştirak etməkdə təqsirli bilinərək ölümə məhkum edilmiş, sonradan cəzası ömürlük cəzayla əvəzlənmişdi.
XS
SM
MD
LG