Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Dünyaya ən böyük təhlükə nədir?


Livanda silahlı yaraqlı
Livanda silahlı yaraqlı
Dünyaya ən böyük təhlükə nədir?

ABŞ-ın Pew araşdırma mərkəzinin 39 ölkədə apardığı sorğuda birinci yerə qlobal iqlim dəyişikliyi, ikinci yerə beynəlxalq maliyyə sabitsizliyi çıxıb.

Başqa böyük qorxu islam ekstremizmindəndir.

Ancaq cavablar ölkədən-ölkəyə fərqlidir. Türkiyədə ən böyük narahatlıq iqlim dəyişikliyindəndir. Narahatlıqlar sırasında ikinci yerdə ABŞ-ın gücü və nüfuzudur. Bundan narahat olanlar 44 faizdir. 3-cü yerdə isə islamçı qruplardan narahatlıqdır- 40 faiz.

Türkiyədə cavablar ölkələr arasında təkcə Pakistandakı cavablara oxşardır. Pakistanda ən böyük təhlükəni ABŞ-ın gücündə və nüfuziunda görürlər – 60 faiz. İkinci yerdə islamçı ekstremist qruplardır- 34 faiz.

ABŞ-da isə ən böyük narahatlıq Şimali Koreyanın nüvə proqramındandır. İranın nüvə proqramından narahatlıq 3-cü yerdədir. İkinci yerdə isə islamçı qruplardan narahatlıqdır.

Britaniyada dünyaya ən böyük təhlükəni maliyyə sabitsizliyində görürlər.
Maliyyə sabitsizliyi Avropa ölkələrində əhalinin ən çox qorxduğu təhlükədir. Yunanıstanda hətta rəyi soruşulanların 95 faizi ən böyük təhlükəni maliyyə sabitsizliyində görüb.

Bəs sizin fikrinizcə, dünyaya ən böyük təhlükələr nədir? Cavablarınızı yazın

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG