Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:04
-

Qətər əmiri Sheikh Hamad bin Khalifa al-Thani istefa verdiyini və hakimiyyəti 33 yaşlı oğlu Sheikh Tamim bin Hamad al-Thani-yə ötürdüyünü açıqlayıb.

İyunun 25-də Qətərin dövlət televiziyası ilə yayımlanan çıxışı zamanı 61 yaşlı əmir bildirib ki, artıq ölkənin idarə olunma məsuliyyətini yeni nəslə ötürməyin vaxtı yetişib.

Hökumətin tərkibində hər hansı dəyişikliyin olub-olmaması barədə heç nə deyilməyib.

Sheikh Hamad bin Khalifa al-Thani 1995-ci ildə atasını devirərək hakimiyyətə gəlmişdi.

33 yaşlı vəliəhd Sheikh Tamim təhsilini Böyük Britaniyada alıb. O, Qətərdə silahlı qüvvələrin baş komandanının müavini idi.

2 milyona yaxın əhalisi olan Qətər maye qaz ixracına görə dünya lideridir.

Al-Thani ailəsi 150 ildir ki, Qətəri idarə edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG