Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:53

Hərbi parada hazırlıqla bağlı Bakıda hərəkət məhdudlaşdırılır


İyunun 24-də paytaxtın Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində bütün kəsişən küçə və yollardan avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamətləri dəyişdiriləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytetnantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, bu gün Bakıda 26 iyun - Silahlı Qüvvələr Günü keçiriləcək hərbi parada hazırlıq məqsədilə irimiqyaslı təlim-məşqlərə başlanacaq. Təlimlər paytaxtın Neftçilər prospekti boyu Bakı Dəniz Vağzalı önündən başlayaraq «Dalğa Plaza»yadək keçiriləcək.

Hərbi parada hazırlıq məqsədilə təlim-məşqlərin keçirilməsi ilə əlaqədar bu gün Bakının Azadlıq meydanı və Neftçilər prospekti ilə kəsişən bütün küçə və yollardan avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
XS
SM
MD
LG