Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:04

Snowden-in Moskvadan Kubaya, ordan isə Venesuelaya gedəcəyi bildirilir


Edward Snowdenlə bağlı Çin mətbuatında yazı
Edward Snowdenlə bağlı Çin mətbuatında yazı
-

24 iyun - EDWARD SNOWDEN MOSKVADADIR


Ekvadorun xarici işlər naziri Ricardo Patino bildirib ki, onlara Edward Snowden-in siyasi sığınacaq istəməsi ilə bağlı müraciət edilib.

Bu barədə o, iyunun 24-də Hanoidə jurnalistlərə bildirib. Onu da əlavə edib ki, hələlik xahişlə bağlı qərar yoxdur.

Edward Snowden Moskvadadır. ABŞ bildirib ki, onlar Moskvanın Snowden-i geri qaytarmaq üçün «bütün mümkün variantları gözdən keçirəcəyinə» ümid edir.

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden deyib ki, ABŞ diplomatik kanallar vasitəsilə Honq-Konq və Çin hakimiyyətinə Snowden-in bu ölkəni tərk etməsinə şərait yaratdığı üçün etirazını bildirib.

--
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusluqda ittiham olunan keçmiş əməkdaşı Edward Snowden Moskvaya çatıb.

Onun Moskvadan Kubaya, ordan isə Venesuelaya yollanacağı ehtimal olunur.Bu barədə İnterfax və digər Rusiya agentlikləri məlumat verir.
--

SNOWDEN KUBAYA YOLLANMAQ NİYYƏTİNDƏDİR

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusluqda ittiham olunan keçmiş əməkdaşı Edward Snowden çox güman ki, Moskvadan Kubaya yollanacaq. Bu barədə İnterfax agentliyi Snowdenin ətrafına istinadla xəbər verir.

Həmçinin “Aeroflot” dakı mənbələr agentliyə, bildirib ki, Honkonqdan Moskvaya Snowden adlı 1 sərnişin uçub və o iyunun 24-də Kubaya uçmalıdır.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov isə onda heç bir məlumat olmadığını deyib.

Çin mətbuatı bundan əvvəl onun Moskvadan Ekvador və ya İslandiyaya gedə biləcəyini yazmışdı.

-

ABŞ HONKONQDAN SNOWDENİ VERMƏYİ TƏLƏB EDİR

ABŞ hökuməti Honkonqa sığınan Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı olan Edward Snowdenin ABŞ-a təhvil verilməsini istəyib.
Snowden bu yaxınlarda ABŞ-da gizli telefon və internet müşahidə proqramı olması barədə məlumatları mətbuata sızdırmışdı.
Ağ Ev Beynəlxalq Təhlükəsizlik sözçüsü Tom Donilon, CBS kanalına verdiyi açıqlamada, ABŞ-ın, Snowdenin məhkəmə önünə çıxarılmaq üçün Amerikaya gətirilməsi haqda danışıb.
BBC, Çin mətbuatının «etibarlı mənbələri»nə istinadla yazır ki, Edward Snowden artıq Hong Kongu tərk edib: «Snowdenin Moskvaya getdiyi deyilir. Güman edilir ki, bura onun sonuncu dayancağı olmayacaq».
Çin rəsmiləri də Edward Snowdenin Hong Kongu tərk etməsiylə bağlı bəyanat yayıblar.
Edward Snowden dövlət əmlakını oğurlamaq, icazəsiz milli müdafiə sahəsinə aid məlumat ötürmək və qəsdən kənar adamlara məxfi kəşfiyyat məlumatları yaymaqda ittiham olunur.
Bu 3 ittihamın hər birinə görə, maksimum 10 il iş kəsilə bilər.
Snowdenin açıqladığı sənədlərdən bəlli olur ki, Milli təhlükəsizlik agentliyi Facebook və Google kimi nəhəng şirkətlərin vasitəsi ilə şəxsi adamlar barədə məlumatlar ala bilir.
ABŞ prezidenti Barack Obama və xüsusi xidmət idarəsi məxfi müşahidə proqramını dəstəkləyib və bildiriblər ki, bu terror hücumların qarşısının alınmasında qanuni və dəyərli vasitədir.
Tənqidçilər isə bunu vətəndaşların şəxsi həyatına müdaxilə,onların konstitusion hüquqlarının pozulması kimi qiymətləndirir.
XS
SM
MD
LG