Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 08:02

Bakının mərkəzi küçə və prospektləri nəqliyyat üçün bağlanıb

Bu, 26 İyun - Silahlı Qüvvələr günü münasibətilə keçiriləcək hərbi paradda keçid edəcək hərbi texnikanın bir hissəsinin Azadlıq meydanına gətirilməsi ilə bağlıdır.

Buna görə, Azadlıq meydanı istiqamətindəki küçə və prospektlərdə - Yusif Səfərov küçəsi, Xocalı küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bu gün şəhərin mərkəzində, Xətai, Koroğlu metro stansiyaları, Babək, Heydər Əliyev, Fəhlə, Azadlıq prospekti istiqamətində böyük tıxaclar yaranıb.
This item is part of
XS
SM
MD
LG