Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:05

Braziliyada etiraz nümayişləri keçirilir


Foto arxiv
Braziliya hökuməti ölkənin bir sıra şəhərlərində təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxt Brazilia və Rio-de Janeyro da daxil olmaqla ölkənin bir neçə şəhərinə əlavə qüvvələr yeridiləcək.

Dünən ölkədə korrupsiya və futbol üzrə 2014-cü il dünya çempionatına həddən artıq xərc çəkilməsinə etiraz olaraq kütləvi nümayiş keçirilib.

Ölkə prezidenti Dilma Rousseff dünən ölkədə ictimai xidmətlərin yaxşılaşdırılacağını vəd edib və qeyd edib ki, kütləvi etirazlar ölkədə demokratiyanın möhkəmliyindən xəbər verir. Ötən həftədən ölkədə iqtisadi və sosial tələblərlə etiraz aksiyaları başlanıb.
XS
SM
MD
LG