Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:04

İtalyan yazıçının romanında ruhani Paşayevə sui-qəsd edilir


Amazon.com
Amazon.com

Romandakı hadisələr həm də Bakıda baş verir.

-

Tanınmış italyan yazıçısı Alessandro Barbero Sovetlər Birliyinin son illəri haqda roman yazıb. “Anonim roman” adlanan əsərdə hadisələr həm də Bakıda baş verir, tanınmış ruhani Paşayev qətlə yetirilir.

Roman bu yaxınlarda ingiliscə də çap edilib.

Əsər bir roman əlyazmasının tapılması ilə başlanır. İki dəfə basdırılıb çıxarılmış və yerin altında qeyri-müəyyən müddət ərzində qalmış həmin əlyazmanın müəllifi bilinmir. Nəhayət onu çap edirlər və kimliyi bilinməyən yazıçı oxucunu əsərindəki surətlərlə tanış edilir.

Əsərin süjet xəttinin iki qolu var. Onların hər ikisində qəhrəmanlar həqiqət axtarır.

Moskvalı professor Obilin əsas surətlərdən biridir. O, Rusiyada insanların hökumətdən şəffaflıq tələb etdiyini görür, amma eyni zamanda arxivlərdəki həqiqətlərin üzə çıxmasının necə təhlükəli ola biləcəyini dərk edir. Onun Tanya adlı araşdırmaçı tələbəsi isə bu təhlükəyə baxmayaraq arxivləri “ələk-vələk etmək” niyyətindədir. O, keçmişdəki hadisələrin yalnız bu yolla başa düşüləcəyi qənaətindədir. Tanya stalinizmin qorxunc illərinin - 40-cı illərin kommunistləri ilə bağlı sənədləri araşdırmağa başlayır. Özü də Kommunist Partiyasının Azərbaycandakı üzvləri ilə bağlı məsələləri. Sənədlərlə tanışlıq tələbəni o dövrün cəzasız qalan cinayətlərindən, təhlükəsizlik orqanlarına məlumat ötürənlərin əməllərindən agah edir.
Alessandro Barbero
Alessandro Barbero

Sujetin digər qolu isə moskvalı müstəntiq Kalistratoviçin apardığı istintaqla bağlıdır. Sovet respublikalarından biri olan Azərbaycanda ruhani Paşayevi qətlə yetiriblər. Kalistratoviç bu qətli araşdırarkən gələcəkdə Rusiyanı gözləyən böyük təhlükələrin ilkin cücərtiləri ilə üzləşir. Bunlar, onun fikrincə, getdikcə böyüyən kriminal qruplaşmalar, Qafqaz mafiyası, narkotik, kürü alveri, eləcə də İslam inteqralizmidir.

Alessandro Barbero Youtube-da əsəri haqqında danışarkən qeyd edir ki, romanın “anonim” adlanması təsadüfi deyil. O istəyib ki, romanın sanki yerli yazar tərəfindən yazılması təəssüratı yaransın.

Həm də tarixçi olan Barbero sovet və Rusiya tarixini araşdırıb. O 20-ci əsr sovet yazıçılarının həqiqəti yazdıqları üçün hansı təqiblərlə üzləşdiyi barədə də məlumatlıdır.

Alessandro Barbero İtaliyada kifayət qədər tanınır. Hətta 1996-cı ildə İtaliyanın ən nüfuzlu ədəbi mükafatı olan “Premio Strega”ya layiq görülüb. Əsasən tarixi romanlar yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG