Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:30

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Vaşinqtondadır


Rustam İbrahimbəyov
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Vaşinqtona səfəri davam edir.

AzadlıqRadiosunda olan məlumata görə o Vaşinqtonda ABŞ Dövlət Departamenti və Konqresdə görüşlər keçirib, Vaşinqtondakı beyin mərkəzlərində bir sıra ekspertlərlə fikir mübadiləsi aparıb.

Rüstəm İbrahimbəyov səfər çərçivəsində Açıq Cəmiyyət partiyasının sədri, keçmiş spiker Rəsul Quluyevlə də görüşüb.

İyunun 10-dan başlayan səfər yekunlaşmaq üzrədir.

Rüstəm İbrahimbəyovun iyunun 20-25 arası Bakıya qayıdacağı gözlənilir. Bu barədə Milli Şurasının icra aparatının rəhbəri Eldar Namazov məlumat verib. O qeyd edib ki, gələn həftə Milli Şuranın birinci sessiyası keçiriləcək. İkinci sessiyada isə artıq Rüstəm İbrahimbəyov da iştirak edəcək.

Dünən isə «EL» Hərəkatı, AXCP, Müsavat, Liberal, Açıq Cəmiyyət və Klassik Xalq Cəbhəsi partiyalarının liderləri Milli Şuranın ilk sessiyasına hazırlıq işlərini müzakirə ediblər.

Milli Şuranın təsis konfransı iyunun 7-də keçirilib. Həmin gün Ziyalılar Forumunun rəhbəri, dramaturq Rüstəm İbrahimbəyov şuraya sədr seçilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG