Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

19 rayonda buraxılış imtahanları keçirilir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də respublikanın 19 rayonunda 9 və 11-ci siniflərdə təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətinin məlumatına görə, Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlayacaq.

İmtahanda 19910 nəfər XI sinif, 26301 nəfər IX sinif şagirdinin iştirakı nəzərdə tutulub.

Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən sonra 10 gün ərzində elan edilir.
XS
SM
MD
LG