Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:35

Türkiyədə «Taksim» etirazlarının 11-ci günüdür


Taksim meydanı, 10 iyun
Taksim meydanı, 10 iyun
İstanbulun Taksim meydanında 11-ci gündür ki, etiraz aksiyası davam edir.

Baş nazir Recep Tayyip Erdogan bazar günü xəbərdarlıq edib ki, onun səbri hüdudsuz deyil.

Erdogan deyib ki, onun gələcəyi küçələrdə yox, seçki qutularında müəyyən olunacaq.

Baş nazir Ankarada tərəfdarları qarşısında çıxış edən zaman polis həmin yerdən 5 km aralıda etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Etirazlarda 3 adamın öldüyü, təxminən 5 min nəfərin yaralandığı bildirilir.

Mayın 31-dən bəri ölkənin 78 şəhərində etiraz aksiyaları keçirilir.
XS
SM
MD
LG