Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:32

Mayın 31-i «dünyada tütünsüz gün» kimi qeyd edilir


Hər il mayın 31-i «dünyada tütünsüz gün» kimi qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər bu günü 1987-ci ildən bəri qeyd edir. Bu il də ÜST «gəncləri qorumaq üçün tütün reklamına qadağa» təşəbbüsü ilə çıxış edib. Təşkilat bütün ölkələri tütün reklamını qadağan etməyə və tütün istifadəçilərinin sayının azalmasına yardım etməyə səsləyir. Hər il tütün səbəbindən 8 milyon insanın həyatını itirdiyi deyilir.

Azərbaycanda 35-69 yaşlı kişilər arasında ağciyər xərçəngindən ölənlərin 85 faizini siqaret çəkənlər təşkil edir.
XS
SM
MD
LG