Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:26

Azərbaycan məktəblərində buraxılış günüdür


Arxiv foto
Arxiv foto
-

Mayın 31-də Azərbaycan məktəblərində buraxılış günüdür. Təhsil nazirinin əmrinə əsasən məktəblərdə «Son zəng» tədbirləri saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilməlidir.

Təhsil Nazirliyinin məlumatına görə, bu il məktəblərin buraxılış - 9 və 11-ci siniflərini 216 mindən çox şagird bitirəcək. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.

Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, «Song zəng» günü paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və «Son zəng»lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG