Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:04

3 N!DA-çının həbsi 3 ay uzadıldı


Nəsimi rayon məhkəməsi
Nəsimi rayon məhkəməsi
-

Mayın 30-da Nəsimi rayon məhkəməsi N!DA vətəndaş hərəkatının həbsdə olan 3 üzvünün - Rəşad Həsənov, Bəxtiyar QuliyevŞahin Novruzlunun həbs müddətini 3 ay uzadıb.

Gənc fəallar haqqında həbs-qəti imkan tədbiri sentyabrın 7-nə qədər artırılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil həbs müddətinin uzadılmasını əsassız sayır:

«Məhkəmədə də dedim ki, bu əsassızdır. Çünki heç bir istintaq hərəkəti aparılmır. Neçə aydır bunu görməmişik. Bundan sonra da yenə eyni vəziyyət olacaq. Məhkəmə isə prokurorluğun vəsatətini əsas götürüb, həbs müddətini artırdı».

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.

N!DA vətəndaş hərəkatının 7 üzvü həbsdədir. Onlar narkotik maddə və qanunsuz silah saxlamaqda ittiham olunurlar.
XS
SM
MD
LG