Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:38

Serbiyada keçmiş Yuqoslaviya kralının qalıqları dəfn edilib


Foto arxiv
Foto arxiv
Serbiyada keçmiş Yuqoslaviyanın sonuncu kralı II Petar Karadjordjevicin qalıqları dəfn edilib.
O 43 il bundan əvvəl Birləşmiş Ştatlarda vəfat edib.

Mərasimdə prezident Tomislav Nikoliclə baş nazir Ivica Dacic də iştirak ediblər.
O taxta 11 yaşında, 1934-cü ildə atası I Aleksandr öldürüldükdən sonra çıxıb.
İkinci dünya müharibəsi dövründə ölkəni tərk etməli olub və kommunistlərin hakimiyyətinə görə vətənə dönə bilməyib.

Petar 1970-ci ildə 47 yaşında vəfat edib.
Onun qalıqları Belqrad yaxınlığındakı George kilsəsində dəfn olunub.
XS
SM
MD
LG