Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 15:50

İranda saxlanan Azərbaycan vətəndaşları konsulluğa verilməyib


Khalida Khalid
İranda həbs edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
O qeyd edib ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə əlaqəni davam etdirir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, Şəhriyarşünas, Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıblar.
İran hakimiyyəti onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin mayın 22-də APA TV-yə açıqlamasında hər iki şəxsin artıq azad olunduğunu və Azərbaycan tərəfinə təhvil verildiyini bildirmişdi.
Amma Azərbaycanın Xarici İşlər Nazirliyi məlumatı təkzib edib.
XS
SM
MD
LG