Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:57

Obama Azərbaycan xalqını təbrik edib


 Barack Obama
Barack Obama
ABŞ prezidenti Barak Obama Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik edib.

Onun prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident!
Sizi və Azərbaycan xalqını təbrik edirəm. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi beynəlxalq ictimaiyyətə nümunə oldu. Azərbaycanın əlamətdar tarixi ilə bağlı bayrama biz də qoşuluruq.
Ölkələrimiz arasında, xüsusilə də enerji və regional təhlükəsizlik sahələrində möhkəm tərəfdaşlıq mövcuddur.
ABŞ, həmçinin davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir. Əfqanıstandakı kollektiv səylərimizin dəstəklənməsində Azərbaycanın töhfələrini olduqca yüksək qiymətləndiririk.
Milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından ən xoş arzularımı çatdırıram”.
XS
SM
MD
LG