Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:59

Xudat hadisələrinə görə həbs olunanlar azadlığa buraxıldı


Arxiv foto: Xudatda etiraz aksiyası zamanı
Arxiv foto: Xudatda etiraz aksiyası zamanı
-

Mayın 19-da Xudat hadisələrinə görə həbs olunan Müsavat Partiyasının Xaçmaz Rayon təşkilatının sədri Heybət Əmrah, digər fəallar Fikrət Əliyev, Ələddin Mirzəyev və Xudat şəhər sakini Nüsrət Qarayev azadlığa buraxılıblar.

Quba Rayon Polis Şöbəsində saxlanılan fəallar may ayının 9-da Xudatda etiraz aksiyasının təşkilində və aksiyada fəal iştirakda təqsirli bilinirdilər.

Mayın 9-da günorta saatlarında Xudat sakini Rauf Hüseynovun avtomobili ilə Dövlət Sərhəd Xidməti hərbçilərinin avtomobili toqquşub. Olayın şahidi olduqlarını bildirən sakinlərin söylədiyinə görə, ərazidəki hərbi hissəsinin komandiri Rövşən Səfərov avtomobildən düşərək sürücünü və onun avtomobildə olan ailə üzvlərini söyüb. Sürücünün yanında oturmuş atası Rafiq Hüseynova da yumruq atıb və sillə vurub. Xudat sakinləri buna etiraz olaraq küçəyə çıxıblar və hərbçinin cəzalandırılmasını tələb ediblər. Əraziyə Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev gəlib, adamlarla görüşərək araşdırma aparılacağını və hərbçinin hərəkətləri ilə bağlı tədbir görüləcəyini vəd edib.

Mayın 10-da isə Daxili İşlər Nazirliyinin mətbuat xidməti ictimaiyyətə açıqlamasında bildirib ki, bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri yol-nəqliyyat hadisəsini siyasiləşdirməyə, süni qarşıdurma yaratmağa cəhd göstəriblər. Onlar hadisə yerinə toplaşıb bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.
XS
SM
MD
LG