-
Azərbaycanda ilk dəfə «Professional Qadınlar Düşərgəsi» layihəsi reallaşır
Bu barədə AzadlıqRadiosuna layihəni icra edəcək Gəncə Regional Qadın Mərkəzindən məlumat verilib.
Layihənin əsas məqsədi bütün sahələrdə yaxşı mütəxəssis olmaq istəyən gənc qadınlara peşəkar kadr kimi yetişməyin yollarını öyrətməkdir.
Layihə çərçivəsində Gəncə, Daşkəsən, Samux və Göygöldən olan 20 fəal qadın üçün istirahət guşələrindən birində 4 günlük düşərgə təşkil olunacaq.
Burada sağlam həyat tərzi psixologiyası, biznes, karyera, nitq və davranış mədəniyyəti, vaxtın idarə olunması mövzularında seminarlar keçiriləcək.