Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

N!DA-çının məhkəməsi təxirə salındı


-
Mayın 16-da N!DA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Üzeyir Məmmədlinin həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılması təxirə salınıb.

Proses mayın 17-də olacaq.

Üzeyir Məmmədli martın 30-da həbs edilib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.
XS
SM
MD
LG