-
Mayın 13-də Bakı Apellyasiya Məhkəməsi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Onun hökmdən olan şikayəti təmin edilməyib.
Bu haqda AzadlıqRadiosuna baş redaktorun xanımı Məlahət Zeynallı verib:
«Ötən iclasda müdafiə tərəfi bütün vəsatətlərini rədd etdilər. Bu gün isə məhkəmə təxminən 30 dəqiqə davam etdi. Bu necə məhkəmədir, baş açmadıq».
Məlahət Zeynallı Ali Məhkəməyə müraciət edəcəklərini, şikayətləri təmin edilməzsə, Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlarını deyir.
Bu il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.