Xudat belə çalxalandı
Mayın 9-da Xudatda rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, maşını əzilən sürücü maşından düşməyə macal tapmamış, qarşı maşını idarə edən hərbçi yerə düşüb. Sürücünü söyüb, üstəlik, sürücünün yanında oturmuş yaşlı atasına da bir sillə vurub. Polisdə bitən mübahisə nəticəsində Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, rayon sakini Nüsrət Qarayev rayonda gərginlik yaratmaqda günahlandırılıb. Məhkəmə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin toplantıların təşkili və keçirilməsi qaydasının pozulması maddəsi ilə 10 sutkalıq həbs qərarı çıxarıb.
Arxiv
-
Oktyabr 01, 2026Əliyevin çağırışına gələn olacaqmı? — 'Sərhədlər açılmalıdır!'
-
Oktyabr 01, 2026Sığınacaq möhkəmdir, bəs ora çatmağa vaxt varmı? – Dron reallığı
-
Sentyabr 30, 2026Evlər sökülür, tələbələr gəlir - maaş Bakının kirayəsinə yetmir
-
Sentyabr 30, 2026İran pulu yeni antirekord vurdu: Əhali ərzaq və dərman ehtiyatı toplayır
-
Sentyabr 29, 2026Vardanyan ailəsi ilə görüş istəyir – Ombudsmanın mövqeyi