Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:21

İranda prezidentliyə ərizə üçün qoyulan vaxt sona yetir


 Gholam Ali Haddad Adel
Gholam Ali Haddad Adel
Bu gün İranda prezidentliyə ərizə üçün qoyulan vaxt sona yetir.

Bu həftəyədək 360-dan çox iddiaçının müraciəti qəbul edilib.
Onların arasında islahatpərəst keçmiş baş nazir müavini Mohammad Reza Aref və parlamentin keçmiş sədr müavini, ali dini lideri Ayatollah Ali Khameneinin yaxın tərəfdaşı Gholam Ali Haddad Adel də var.

İnqilab Şurası iddiaçıların hamısını yoxladıqdan sonra, mayın 23-də
seçkiyə buraxılacaq namizədlərin siyahısını açıqlayacaq.

İranda növbəti prezident seçkisi iyunun 14-də keçiriləcək.
2009-cu ildə indiki prezident Mahmud Ahmadinejadın yenidən qalib gəldiyi seçki ölkədə kütləvi etiraz və həbslərə səbəb oldu.
XS
SM
MD
LG