Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Saakashvili: “Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan şəxslər var”


t Mikheil Saakashvili
t Mikheil Saakashvili
“Azərbaycanda və regionda sabitliyin pozulmasında maraqlı olan şəxslər var”.

Bunu mayın 7-də Bakıda jurnalistlərə Gürcüstan prezidenti Mikheil Saakashvili Cənubi Qafqaz Forumunda çıxışından sonra deyib:
“Şişirtmədən demək olar ki, regionun gələcək taleyi Bakıda, Azərbaycanda həll olunur.
Söhbət təkcə Azərbaycandan yox, həm də Gürcüstan, Ukrayna, Moldova və bütünlükdə postsovet məkanının müstəqilliyindən gedir”.

Saakashvili hesab edir ki, Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan mənfi qüvvələr var:
“Biz Gürcüstanda bunu öz nümunəmizdə gördük. Bu qüvvələr Azərbaycanın əldə etdiyi inkişafın qarşısını almaq istəyirlər və buna nail olmaq üçün səy göstərəcəklər”.

Saakashvili sonda qeyd edib ki, Azərbaycanın uğurları imperiya ambisiyalarından əl çəkə bilməyən qüvvələrə rahatlıq vermir.
XS
SM
MD
LG