Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Netanyahu: "İstənilən sülh sazişi referendumla təsdiqlənməlidir"


Benjamin Netanyahu
Benjamin Netanyahu
İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, Fələstinlə istənilən mümkün sülh razılaşması milli referendumla təsdiq olunmalıdır.

O bunu cümə axşamı Qüdsdə İsveçrənin xarici işlər naziri ilə görüşdə deyib.

İsrail-Fələstin sülh danışıqları 2010-cu ildən dayanıb.

Rəy sorğuları göstərir ki, İsrail sakinlərinin əksəriyyəti iki dövlət ideyasını dəstəkləsə də Qüdsün bölünməsinə qarşıdılar.
XS
SM
MD
LG